Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək
08 sentyabr 2022, 02:15

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 14-də Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.                       

 

DQİDK-nın bölgə şöbə müdiri:

İlham Qəribov

 

Əlaqə vasitələri:

 (050) 899 88 54

 (020) 213 05 78

chairman@scwra.gov.az

dk-ucar@scwra.gov.az