Dövlət Komitəsinin sədri İmişli rayonunda vətəndaşları qəbul edəcək
26 noyabr 2025, 10:12
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 2-də Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi, 2) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinə (050) 562 72 32, (021) 246 62 99, chairman@scara.gov.az, dk-imishli@scara.gov.az) müraciət etmələri xahiş olunur.