Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib
06 mart 2015, 08:12
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında din sahəsində münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.