Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edəcək
08 dekabr 2022, 02:04

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.          

DQİDK-nın bölgə şöbə müdiri:

Həsən Məmmədov

Əlaqə vasitələri:

(022) 256 91 14

(055) 218 52 95

(070) 264 01 07

E-mail: hasan.mammadov@scwra.gov.az