Dövlət Komitəsinin sədri Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək
24 sentyabr 2025, 16:51

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 29-da Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 242 ) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı regional bölməsinə (051) 915 21 10, (025) 215 51 59, chairman@scara.gov.az, dk-masallı@scara.gov.az) müraciət etmələri xahiş olunur.