Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşları qəbul edib
27 fevral 2026, 13:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2026-cı il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun fevralın 27-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşlar “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində məscidin kitabxana ilə təmin edilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.