Dövlət Komitəsinin sədri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının rəhbəri ilə görüşüb
09 avqust 2024, 18:29

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov ilə görüşüb.

Görüşdə ölkəmizdə dinlərarası harmoniya, multikultural və tolerant dəyərlərə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Azərbaycan Prezidentinin rəhbərliyi altında dini etiqad  azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.

Dini icma rəhbəri ölkəmizdə müxtəlif dini, etnik qrupların birgəyaşayış mühitinin sağlam təməllər üzərində qurulduğunu qeyd edib. Yaradılmış multikultural mühitdən bütün dini icmaların faydalandığını diqqətə çatdırıb.