Dövlət Komitəsinin sədri Astara rayonunda vətəndaşları qəbul edəcək
30 may 2025, 01:02

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 4-də Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26b) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, chairman@scara.gov.az, dk-lenkeran@scara.gov.az) müraciət etmələri xahiş olunur.