Dövlət Komitəsinin sədri Ağsu rayonunda vətəndaşları qəbul edəcək
09 iyul 2025, 01:34

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (055) 655 57 65,  (020) 265 33 04, chairman@scara.gov.az,dk-shamaxi@scara.gov.az) müraciət etmələri xahiş olunur.