Dövlət Komitəsinin sədri Ağstafada vətəndaşları qəbul edəcək
09 avqust 2023, 04:04

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 15-də Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 15:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (022) 315 38 91, (055) 300 99 82, chairman@scwra.gov.az, dk-tovuz@scwra.gov.az) xahiş olunur.