Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12 dekabr 2016, 07:11
Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda anım mərasimləri təşkil olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.