Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib
10 may 2018, 08:14
Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Komitə əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.