Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin Özbəkistanın “fikr.uz” və “uchildiz.uz” saytlarında "Светский Узел Мусульманского Востока – Азербайджан" (Azərbaycan - Müsəlman Şərqinin dünyəvi mərkəzi) adlı məqaləsi dərc edilib. Məqalədə ölkəmizin nümunəvi tolerant və birgəyaşayış mühiti, dinə dövlət qayğısı barədə məlumatlara geniş yer verilib.
Məqalədə qeyd olunur ki, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
Müəllif, eyni zamanda ermənilər tərəfindən işğal edilən torpaqlarımızda dini abidələrimizin dağıdılaraq tanınmaz vəziyyətə salınmasından bəhs edib. Həmçinin məqalədə Azərbaycan və Özbəkistan arasında dini və mənəvi sahədə uğurlu əməkdaşlıq barədə məlumatlar diqqətə çatdırılıb.
Məqalə ilə daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz: