Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təcrübə keçərək layihəni uğurla tamamlayan “AMİN” könüllülərinə sertifikatlar təqdim olunub.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov “AMİN” könüllülərinin ötən müddət ərzində iştirak etdikləri layihələr və təcrübə proqramlarının könünllülərin formlaşmasında və inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, könüllülərin fəaliyyəti dini maarifləndirmə sahəsində gənclərin potensialının üzə çıxarılması, praktiki bacarıqlarının artırılması və gələcək peşə fəaliyyətinə hazırlanması baxımından təqdirəlayiqdir.
Daha sonra Komitə sədri könüllülərə sertifikatları təqdim edib, onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən könüllülər layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərdən və əldə etdikləri təcrübələrdən bəhs ediblər. Gənclər yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə edib, layihənin onların bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, ötən müddət ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “AMİN” könüllüləri müxtəlif maarifləndirmə, vətənpərvərlik və ictimai təşəbbüslərdə fəal iştirak edib, eyni zamanda regional bölmələrdə və dini ibadətgahlarda təcrübə proqramlarına cəlb olunublar. Könüllülərin bilik və bacarıqlarının inkişafı məqsədilə müxtəlif təlimlər keçirilib, onların forum və layihələrdə iştirakı təmin olunub.