Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dövlət Komitəsində “Bakı şəhəri Bəhai dini icması”nın nümayəndələri ilə görüş keçirilib
09 avqust 2024, 18:26
Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhəri Bəhai dini icmasının katibi Ramazan Əsgərli və icmanın nümayəndəsi Azər Cəfərov ilə görüşüb.
Görüşdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş multikultural ənənələrin qorunması siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyi bildirilib, Azərbaycanın dövlət-din münasibətləri modelinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin uğurlu təcrübəsinin, müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış mədəniyyətinin daha geniş şəkildə təbliğ edilməsinin vacibliyi qeyd edilib.
Görüş zamanı dini icmanın fəaliyyətinin perspektivləri ətrafında müzakirələr aparılıb.