Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dövlət Komitəsində “Bakı Krişna Şüuru” dini icmasının rəhbəri ilə görüş olub
09 avqust 2024, 18:00
Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Bakı Krişna Şüuru” dini icmasının sədri Mahir Əhmədov ilə görüşüb.
Görüşdə Azərbaycanda müxtəlif dini konfessiyaların nümunəvi birgəyaşayış mühiti haqqında fikir mübadiləsi aparılıb. Ölkəmizdə bütün dini-tarixi abidələrə dövlət tərəfindən xüsusi diqqət göstərildiyi vurğulanıb.
Dini icma rəhbəri göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, belə görüşlərin əhəmiyyətini yüksək dəyərləndirdiyini bildirib.