Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıda göstərilən vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir:
Beynəlxalq əməkdaşlıq şöbəsi - şöbə müdirinin müavini
Sənədlərlə və müraciətlərlə iş şöbəsi - şöbə müdirinin müavini
Abşeron-Xızı regional bölməsi - bölmə rəhbərinin müavini
Quba-Xaçmaz regional bölməsi - baş məsləhətçi
Şəki-Zaqatala regional bölməsi - bölmə rəhbərinin müavini
Qarabağ regional bölməsi - bölmə rəhbəri
Mərkəzi Aran regional bölməsi - bölmə rəhbərinin müavini
Qarabağ regional bölməsi - baş məsləhətçi
Qazax-Tovuz regional bölməsi - bölmə rəhbəri
Lənkəran-Astara regional bölməsi - bölmə rəhbərinin müavini
Şərqi Zəngəzur regional bölməsi - baş məsləhətçi
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər şərtlərlə Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə tanış ola bilərlər.
Namizəd 17 mart 2026-cı il tarixindən 31 mart 2026-cı il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
(https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanlar)