"Dini radikalizmlə mübarizədə ən önəmli və ən effektiv vasitə isə ideoloji mübarizədir"
04 avqust 2018, 14:23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Dini radikalizmlə mübarizədə ən önəmli və ən effektiv vasitə isə ideoloji mübarizədir. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, KİV, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir. İndiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib"

https://525.az/site/index.php?name=xeber&duzelis=0&posts_id=104170&fbclid=IwAR05JxYad7jatTCN7bgA0gj4_4zK1pdk90cBSx3mm_glgMO_vHpVAP5rk88#gsc.tab=0