Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional şöbələri müvafiq qurumlarla birgə dini radikalizmlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri həyata keçirir.
Mayın 8-də Ucar rayonunun Bərgüşad kənd 1 nömrəli tam orta məktəbində "Dini radikalizmin mahiyyəti” mövzusunda baş tutan tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər qatılıblar.
***
Mayın 7-də Ağsu rayonunun Pirhəsənli kənd tam orta məktəbində “Dini radikalizm və zərərli vərdişlərin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, müəllimlər, məktəblilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 7-də Tərtər rayonunda "Dini radikalizm, narkomaniya və erkən nikah" mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər bu gün dünyanı narahat edən dini radikalizm və zərərli vərdişlərin fəsadlarından ətraflı danışıblar. Vurğulanıb ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri günün ümdə vəzifələrindəndir. Bu sahədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb.