“Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusu müzakirə edilib
09 avqust 2024, 06:27

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Şəki Sərhəd Dəstəsində “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Şəki Sərhəd Dəstəsinin N saylı hərbi hissəsində zabit və əsgər heyətinin iştirakı ilə baş tutan tədbirdə DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov və Şəki şəhəri “Ömər əfəndi” məscidinin imam müavini Araz İbrahimli mövzu ətrafında çıxış ediblər.

Tədbirin sonunda zabit və əsgər heyətini maraqlandıran suallar cavablandırılıb.