İyulun 20-də “Masallı Gənclər Evi” Sosial Xidmət Müəsisəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Dini radikalizm və xurafatla mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və gənclər iştirak edib.
Çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, gənclərdən Xanağa Quliyev və başqaları dini radikalizmin fəsadlarından söhbət açaraq, xurafatın dini dəyərlərimizə xələl gətirdiyini qeyd ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Cəlilabad rayonu Gənclər İdman sektorunun birgə təşkilatçılığı ilə "Dini radikalizm və xurafata gənclər yox deyir " mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Rəşidov, Cəlilabad rayonu Gənclər İdman sektorunun müdiri Vüqar Qurbanov və gənclər iştirak edib.
Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Rəşidov, Cəlilabad rayonu Gənclər İdman sektorunun müdiri Vüqar Qurbanov və başqaları dini radikalizm və xurafata qarşı mübarizədə gənclərin rolundan danışaraq, gəncləri bu işdə fəal olmağa çağırıblar.
Tədbirdə DQİDK tərəfindən hazırlanan "Din və Sosial media" videoçarxı nümayiş etdirilib.