Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının məhkumlarla növbəti görüşü baş tutub
26 sentyabr 2023, 01:04
Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarının məhkumlarla növbəti görüşləri 25.09.2023-cü il tarixində 6 və 15 saylı Cəzaçəkmə müəssisələrində keçirilib.
“İslam həmrəyliyi dini radikalizmə alternativ kimi” mövzusunda baş tutan görüşlərdə məhkumlarla geniş diskussiya aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.