Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və M.Ə.Sabir adına Göyçay rayonu Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi və M.Ə.Sabir adına Göyçay rayonu Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə dini maarifləndirmə siyasəti dövlətimiz tərəfindən yüksək səviyyədə icra edilir. Dini maarifləndirmənin inkişafında dini ədəbiyyatın müstəsna rolu vardır. Dövlət Komitəsi, eləcə də tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə mütəmadi olaraq milli-mənəvi, dini dəyərlərimizi təbliğ etmək məqsədilə kitab, broşür və digər çap məhsulları hazırlanır. Bu cür kitabların nəşr olunmasında əsas məqsədin vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi olduğu da diqqətə çatdırılıb.
Sonda DQİDK-nın sifarişi ilə çap olunan kitablar M.Ə.Sabir adına Göyçay rayonu Mərkəzi Kitabxanasına təqdim olunub.