Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
04 noyabr 2024, 15:34
Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları noyabrın 4-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.