Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə Məhərrəmlik mərasimləri ilə bağlı onlayn konfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, həmçinin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin ibrahimov ölkəmizin multikultural və tolerant dəyərlərə sahib olduğunu və Prezident İlham Əliyev tərəfindən milli-dini dəyərlərimizə xüsusi önəm verildiyini qeyd edib. O, xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə hökm sürən tolerantlıqdan bəhs edib. Daha sonra şöbənin əməkdaşı Məhərrəm ayında ibadət və mərasimlərin məscidlərdə karantin qaydalarına uyğun olaraq keçirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə dini icmalar, eyni zamanda din xadimləri ilə izahedici profilaktik söhbətlərin aparıldığını, müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.