Din xadimləri və müxtəlif dini konfessiyaların nümayəndələri Ulu Öndərin anım mərasimlərində iştirak ediblər
12 dekabr 2023, 05:52

12 dekabr - Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə, Lənkəran, Quba, Masallı, Yardımlı və Cəlilabadda fəaliyyət göstərən din xadimləri, həmçinin müxtəlif dini konfessiyaların nümayəndələri Ulu Öndər Heydər Əliyevin anım mərasimlərində iştirak ediblər. Ümummilli Liderimizin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla anılıbdır.