Din xadimləri və məktəblilərin iştirakı ilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlər keçirilib.
Sentyabrın 29-da Bakının Qaradağ rayonunda “Suverenlik və dövlətçilik: tarixi yol və müasir reallıqlar” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon Gənclər və İdman Sektorunun müdiri Elçin Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı regional bölməsinin müdiri Anar Kazımov, bölmənin əməkdaşları Elşən Quluzadə, Cahangir Məmmədov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 29-da Şamaxı şəhərində yerləşən “Cümə” məscidində “Xalqın tarixini və taleyini dəyişən 44 gün” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Cavid Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev və din xadimləri iştirak ediblər.
Sentyabrın 29-da Qusar rayonunun Hil kəndində “Mənəviyyat, ədalət və sosial məsuliyyət” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 29-da Naftalan şəhərinin Z. Rüstəmov adına Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbində “Gələcək nəsillər üçün örnək və əxlaqi dəyər – 44 günlük Vətən müharibəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Tural Hümbətov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Sentyabrın 29-da Qəbələ şəhəri Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbdə “Təhsil sistemində bilik və dəyər harmoniyası: insan amili” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdir müavini Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin gənc nəslə aşılanması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik və qəhrəmanlıq tariximizin mühüm səhifələrindən biridir. Gənclərin şəhidlərin həyat və döyüş yolunu, ölkəmizin tarixini və dövlətçilik ənənələrini öyrənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, mənəviyyat, ədalət və sosial məsuliyyətin gənclərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Tədbirlər iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması və suallarının cavablandırılması ilə yekunlaşıb.