Din xadimləri Ulu Öndərin Qubada yerləşən abidəsini ziyarət ediblər
10 may 2023, 09:36

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə şimal bölgəsində fəaliyyət göstərən din xadimləri, dini icma üzvləri, müxtəlif konfessiyaların nümayəndələri Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər. Həmçinin iştirakçılar Qubadakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.