Bakıda və bölgələrdə din xadimləri, məktəblilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçirilir.
Bakı şəhəri, 01.11.2023: Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər şöbəsinin müdir müavini Amal Məlikov, şöbənin əməkdaşlarının iştirakı ilə din xadimləri və dini icma sədrləri ilə görüş keçirilib.
***
Gəncə şəhəri, 01.11.2023: şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbində “Gənclər arasında dini radikalizm və onun təzahür formaları" mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Zərdab rayonu, 02.11.2023: rayondakı Peşə Liseyində “Zəfərimiz qürurumuzdur” mövzusunda, Mərkəzləşdirilmiş Kitabxana Sistemində isə “Zəfər bizə yaraşır” mövzusunda tədbirlər keçirilib. Tədbirlərə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllim və tələbələr, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
***
Yevlax şəhəri, 02.11.2023: DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, şəhər Gənclər və İdman sektorunun baş məsləhətçisi Samir Kərimov, gənclər, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Vətən müharibəsində qazanılan şanlı zəfər: milli və dini həmrəylik” mövzusu müzakirə olunub.
***
Kürdəmir rayonu, 02.11.2023: Kürdəmirdə yerləşən N saylı hərbi hissədə isə "Dövlət bayrağımız milli dəyərlərimiz, qürur mənbəyimizdir" mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, hərbi hissənin şəxsi heyəti qatılıb.
***
Qax rayonu: şəhər 5 saylı tam orta məktəbində “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, DTX-nin Qax rayon şöbəsinin əməkdaşı Elbir Həsənov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyəti vurğulanıb. Din xadimləri və təhsilalanlarla mütəmadi görüşlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.