Daşkəsəndəki hərbi hissədə tədbir keçirilib
28 yanvar 2025, 08:39

Yanvarın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən rayonundakı "N" saylı hərbi hissənin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı Əsəd Seyidov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlarda vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində işlərin düzgün aparılmasıdır.