Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Daşkəsən rayonundakı "N" saylı hərbi hissədə “Sülh aylığı” çərçivəsində “Ədalət və sülhün qorunmasında dinin önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı Əsəd Seyidov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda dinin sülhün və ədalətin təşviqindəki rolu, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi və radikal dini cərəyanların təhlükəsi barədə məlumat verilib. Natiqlər dinin ədalət və sülhün qorunmasındakı rolundan, eləcə də milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin əhəmiyyətindən danışıblar. Çıxışlarda həmçinin dini radikalizmin yaratdığı təhlükələrə və bu sahədə maarifləndirmə işinin vacibliyinə diqqət çəkilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.