Daşkəsəndə yerləşən hərbi hissədə tədbir keçirilib
09 aprel 2024, 07:02
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə “Vətən müharibəsindəki qələbəmizdə milli birliyimizin və mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov və hərbi hissənin zabit və əsgər heyəti iştirak edib.
Natiqlər milli kimliyimizin qorunmasında mənəvi dəyərlərin mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd edilib ki, tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləridir.