Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal dini ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən RİH-nin məsul əməkdaşları Əli İsmayılov, Elmar Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda radikal dini ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolundan danışılıb. Radikal dini ideologiyaların yaranma səbəbləri, onların cəmiyyətə təsirləri və maarifləndirmə fəaliyyətinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.