Daşkəsəndə “Dini radikalizmlə mübarizə” mövzusunda seminar keçirilib
17 oktyabr 2022, 04:34
Oktyabrın 17-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daşkəsən şəhər Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Çıxışlarda dini radikalizm və yad dini ideologiyalar haqqında geniş məlumat verilib. Qeyd edilib ki, yeniyetmə və gənclər dini radikalizm, eləcə də ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.