Daşkəsəndə “Dini radikalizmlə mübarizə” mövzusu müzakirə olunub
20 sentyabr 2024, 08:39

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Gənclər və İdman Nazirliyinin Gəncə-Daşkəsən Regional İdarəsinin sektor müdiri Samir Həsənov, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə məlumat verilib. Vurğulanıb ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir.

Sonda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.