Aprelin 22-də Daşkəsən şəhər 2 saylı tam orta məktəbində “Uşaq hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Ombudsmanın Qərb Regional Mərkəzin direktoru Səbuhi Abbasov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində zəruri tədbirlərin reallaşdırılmasından bəhs ediblər. Uşaq hüquqlarının qorunmasında Ombudsman təsisatının rolundan danışıblar.
***
Aprelin 22-də İmişli peşə məktəbində “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, Mil-Muğan Regional Gənclər və İdman idarəsinin nümayəndəsi Ramin Fərəcov, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Ölkəmizdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.