“Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans xarici mətbuatda işıqlandırılıb
07 dekabr 2022, 04:52

Brüsseldə keçirilən “Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans “EU Reporter”  (www.eureporter.co) Avropa multimedia xəbər platformasında işıqlandırılıb.

Yazıda qeyd edilib ki, Avropanın müxtəlif ölkələrindən konfransa qoşulmuş mütəxəssislər multikulturalizm sahəsində Azərbaycan modelini yüksək qiymətləndirib, bunun hər bir ölkə üçün örnək olduğunu vurğulayıblar. Azərbaycanın multikulturalizmin “sadiq tərəfdarı” olduğu və bu dəyərlərin təbliğinə “əhəmiyyətli” səylər sərf etdiyini bildiriblər. Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin əhəmiyyətindən söz açaraq, onun hər bir ölkədə reallaşdırılmasının əhəmiyyətinə toxunublar. Həmçinin Azərbaycana səfər etmiş din xadimləri ölkəmizdə rastlaşdıqları birgəyaşayış modelindən danışaraq bu gün multikulturalizmin Azərbaycan modelini tətbiq etməklə dünyanı bürüyən antisemitizm, islamofobiya, ksenofobiya ilə birgə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıblar.

Eyni zamanda yazıda konfrans çərçivəsində baş tutan sərgi vasitəsilə konfrans iştirakçılarına multikulturalizm, dinlərarası harmoniyanın Azərbaycan modeli ilə tanış olmaq imkanı verilməsi barədə məlumat öz əksini tapıb.

Yazı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eureporter.co/world/azerbaijan-world/2022/12/05/conference-hears-how-west-and-europe-can-learn-from-azerbaijan/?fbclid=IwAR0xT3UizN5kOchG9rweJ2KBUlwfZU2xL1x326MZLWPru3FI1iABNx_485A