Cocuq Mərcanlıda radikalizm mövzusunda tədbir keçirilib
15 mart 2022, 09:22

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kənd klubunda “Radikalizm və ekstremizm təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev, Rayon İcra hakimiyyəti başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakişiyev və  kənd məktəbinin nümayəndələri və başqaları iştirak ediblər.

Çıxışlarda dini radikalizmin fəsadlarından danışılıb. Bu cür tədbirlərin əhəmiyyəti qeyd olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.