Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib
01 mart 2022, 09:19

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü 7 və 11 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.