Cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib
24 dekabr 2021, 10:11
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2021-ci il üçün təsdiq edilmiş tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü 6 və 15 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
“Dünyəvi dövlətdə dinin yeri və rolu. Multikultural cəmiyyətdə dini radikalizmin təhlükəsi” mövzusunda keçirilmiş seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.