Cəzaçəkmə müəssisələrində “Milli dövlətçiliyimiz və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirilmə tədbiri keçirilib
08 aprel 2024, 07:59

Aprelin 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə Tədbirlər Planına əsasən 9 və 16 saylı cəzaçəkmə müəssisələrində “Milli dövlətçiliyimiz və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirilmə tədbiri keçirilib.

Tədbirlərdə DQİDK-nın Dini təhsil şöbəsinin əməkdaşı Bayram İsmayılov, Penitensiar Xidmətin əməkdaşı Oktay Həsənov, ilahiyyatçı Atif İsmayılov və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, milli dəyərlərimizin qorunması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqımızın milli oyanışının əsası qoyulub. Milli kimliyimizin qorunmasında mənəvi dəyərlərin mühüm rol oynadığı da diqqətə çatdırılıb. 

Məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.