Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi və Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Masallı Gənclər Evi Sosial Xidmətlər Müəssisəsində “İnsan hüquqları və azadlıqları: zorakılıq yolverilməzdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, Masallı Gənclər Evi Sosial Xidmətlər Müəssisəsinin direktoru Fuad Mənsimov və Masallı Dövlət Regional Kollecin tələbələri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub.
Tədbir müzakirələrlə yekunlaşıb.
***
Oktyabr ayının 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə ideoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Gender bərabərliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Həsən Hümbətov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları Salman Nəcəfov, Xalid Hüseynov və Cəlilabad rayon tibb kollecinin tələbələri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
Sonda iştirakçıların sualları cavablandırılıb.