Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində “Süveren dövlətin gəncləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Həsən Hümbətov, Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Salamat Nəcəfov, Regional Təhsil İdarəsinin nümayəndəsi Tacəddin Əli, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər zaman gənclərimizə böyük ümidlər bəsləyib. Qeyd edilib ki, Azərbaycanın parlaq gələcəyi müasir düşüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub.
O da diqqətə çatıdırılıb ki, 44 günlük Vətən müharibəsi və 2023-ci ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Tədbir müzakirələrlə davam etdirilib.