Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və şöbənin əməkdaşları, QMİ-nin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışçılar ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər. “Dini etiqad azadlığı haqqında” Qanunun icrasının bölgədəki vəziyyəti, Ramazan ayında QMİ tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsi, dini ayin və mərasimlərin məscidlərdə keçirilməsinin vacibliyi barədə söhbət aparılıb.