Cəlilabadda maarifləndirmə tədbiri keçirilib
12 avqust 2025, 09:49

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Cəlilabad rayonunda “Heydər Əliyev seyrangahı”nda “Zəfər yolunda gənclik” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları - Cavidan Rəşidov, Həsən Humbətov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Vüqar Cavadov, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, Zəfər tariximizin təbliği və dini-mənəvi dəyərlərin aşılanması olub. Natiqlər gənclərin dövlətə və milli-mənəvi dəyərlərə bağlılığının vacibliyini vurğulayıblar.

Tədbir müzakirələrlə davam etdirilib.