Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi (DQİDK), Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbində “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşıTural Şahmarov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev, məktəbin direktoru Zaur Ələkbərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açılıb, erkən nikahların qarşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd olunub. Narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığı və cinayətkarlığın artmasına səbəb olduğu vurğulanıb.