Cəlilabadda dini radikalizmlə mübarizədə təhsilin rolu mövzusu müzakirə olunub
19 aprel 2023, 07:25

Aprelin 19-da  Cəlilabad rayonunun Göytəpə şəhəri Vasif Hüseynov adına 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu”  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Həsən Hümmbətov, Cavidan Rəşidov, Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Cavadov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşı Tacəddin Əli, eləcə də müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini radikalizmə qarşı mübarizədə təhsilin rolundan bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.