Bölgələrdə Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib
23 fevral 2024, 09:09

Fevralın 23-də bölgələrdə Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbirləri keçirilib.

Zaqatala rayonunun Yuxarı Tala kənd 2 №-li tam orta məktəbində baş tutan anım tədbirinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun aparıcı məsləhətçisi Aydın Camalov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

***

Şəki İslam Kollecində keçirilən tədbirdə isə DQDİK-nın bölgə şöbəsinin əməkdaşı Saleh Məmmədov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, kollecin tələbə və müəllimləri iştirak ediblər.

***

Yevlax şəhəri 1 nömrəli tam orta məktəbində də Xocalı facisəinin qurbanları anılıb. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Şəhər Təhsil Sektorunun məsləhətçisi Abay Kərimov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı növbəti tədbir Gəncə bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə İmamzadə Ziyarətgah məscidi dini icmasında keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, QMİ-nin Qərb bölgəsi üzrə qazısı Tahir Abbasov, dini icma sədrləri və din xadimləri iştirak ediblər. 

 

Çıxışlarda Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bu faciə nəticəsində  613 nəfər həlak olub, 487 nəfər isə yaralanıb. O da diqqətə çatdırılıb ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində 32 il əvvəl soyqırımının baş verdiyi Xocalı işğaldan azad olunub.