Respublikamızın bölgələrində müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilir.
Balakən rayonu Adil Əsgərov adına Qazbinə kənd tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov, Rayon Gənclər və İdman sektorunun əməkdaşı Nurlan Şibliyev, müəllim və şagirdlər, Zaqatalada baş tutan tədbirdə isə bölgə üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Quba rayonunda isə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib. Tədbir Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə baş tutub.
Daha bir tədbir isə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Borsunlu kənd məscidinin imamı Turxan Məmmədov, müəllim və şagirdlərin iştirakı ilə Goranboy rayonunun Dəliməmmədli şəhəri 1 nömrəli tam orta məktəbində “Radikalizm təhlükəsi və onun yarada biləcəyi fəsadlar” mövzusunda keçirilib.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb, maarifləndirmə sahəsində din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs olunub.
Tədbirlər müzakirələrlə yekunlaşıb.