Respublikamızın bölgələrində mütəmadi olaraq maarifləndirmə istiqamətində tədbirlər həyata keçirilir.
01.12.2023, Gədəbəy rayonu: Arıqdam kənd orta məktəbində “Dini radikalizm və ekstremizmin fəsadları və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Cavid Səfərov, rayon İcra Hakimiyyətinin (İH) məsul əməkdaşı Qədir Bağırov, ictimaiyyət nümayəndələri, eləcə də məktəblilər iştirak ediblər.
04.12.2023, Ucar rayonu: "Gender əsaslı zorakılıqla mübarizə" mövsusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Polis Şöbəsinin əməkdaşı Ülvi Cəbrayılzadə, aidiyyəti qurumların nümayəndələri və məktəb psixoloqları iştirak ediblər.
04.12.2023, Samux rayonu: Samux şəhər M.Ə.Sabir adına 1 saylı məktəb-liseydə “Təhsilin dini radikalizmə, xurafata və cəhalətə qarşı mübarizədə rolu” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov və məktəblilər iştirak ediblər.
04.12.2023, Sumqayıt şəhəri ərazisində yerləşən Zəngilan rayonu 11 nömrəli tam orta məktəbində isə “Milli-dini dəyərlərimiz və vətənpərvərlik” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın bölgə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin əməkdaşı Təbib Məmmədov, məktəbin direktoru Natavan Həsənova, müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.
04.12.2023, İmişli rayonu: “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli sektorunun baş məsləhətçisi Ramin Fərəcov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda maarifləndirmənin əhəmiyyətindən bəhs olunub. Bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.